Hacıqabulda gəncin xalası qızını qətlə yetirməsinin təfərrüatı məlum olub

24-06-2018, 09:51           
Hacıqabulda gəncin xalası qızını qətlə yetirməsinin təfərrüatı məlum olub
Hacıqabul sakininin xalası qızının boğazını kəsərək qətlə yetirməsinin təfərrüatı məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında rayonun Muğan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Məlikzadə Rəvanə Məlikağa qızı xalası oğlu tərəfindən bıçaqla boğazından kəsilərək qətlə yetirilib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə gətirilib.

İlkin məlumata görə, xalası oğlu R. Məlikzadənin onu sevməməsi səbəbindən belə bir cinayət törədib.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.