Azərbaycanın neolit dövrü insanlarının DNT-si araşdırılacaq

2-07-2018, 12:01           
Azərbaycanın neolit dövrü insanlarının DNT-si araşdırılacaq
Türkiyənin Hacettepe Universitetinin Antropologiya Fakültəsinin professoru, doktor Yılmaz Selim Erdal AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun dəvəti ilə İnstitutun Elmi Fondunda tədqiqatlara başlayıb.

Tədqiqatlar, Avropa Birliyinin Horizon 2020, Consolidator Grant Avropa Tədqiqatlar Şurası və Türkiyə Elm və Texnoloji Qurumu (TUBİTAK) tərəfindən dəstəklənmiş Orta Doğu Texniki Universitetinin (Ankara) Bioloji Elmlər Fakültəsinin doktoru Mehmet Somel`in “Neogen: Neolitik Anadolu toplumlarında genetik və mədəni qarşılıqlı təsirin arxeogenomik analizi” layihəsi çərçivəsində aparılır. Layihədə Orta Doğu Texniki Universiteti, Hacettepe Universiteti və Stokholm (İsveç) Unversitetinin laboratoriyaları iştirak edirlər.

Layihə çərçivəsində Azərbaycan ərazisində aşkar edilmiş neolit insanlarının skeletlərindən DNT-analizi üçün nümunələr Türkiyənin və İsveçin son texnologiyalarla təchiz olunmuş laboratoriyalarında araşdırılacaqdır. Əsasən, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin rəhbəri olduğu arxeoloji ekspedisiya tərəfindən Tovuz rayonu ərazisində aşkar olunmuş və tədqiq edilən abidələrin materialları beynəlxalq elmi layihənin araşdırılmasına cəlb edilib.

Femida.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.