Pərdəsi açılmayan sirr – İranın sərnişin təyyarəsinin vurulmasından 30 il ötür/Fotolar

4-07-2018, 09:57           
Pərdəsi açılmayan sirr – İranın sərnişin təyyarəsinin vurulmasından 30 il ötür/Fotolar
ABŞ hərbi kreyserinin İranın sərnişin təyyarəsini qırıcı təyyarə zənn edərək məhv etməsinin 30 ili tamam olur. Bu niyə baş verdi, ABŞ hakimiyyəti buna necə reaksiya verdi və bu faciə nələrə gətirib çıxardı kimi suallar 30-cu ilin tamamında da çoxlarını düşündürür.

Teleqraf.com həmin hadisələrlə bağlı yazını təqdim edir.

3 iyul 1988-ci ildə İranın paytaxtı Tehrandan “Airbus A300B2−203” avialeyneri havaya qalxır. O, əvvəlcə İranın cənubuna – Bəndər-Abbas şəhərinə doğru istiqamət götürür, Sonra isə Birləşmiş Ərəb Əmirliklərinə – Dubaya yollanır. Təyyarənin göyərtəsində 274 sərnişin, o cümlədən 65 uşaq və 16 ekipaj üzvü olur. Avialayner Bəndər-Abbasdan yerli vaxtla 10:17-də səmaya qalxır.

Ancaq 7 dəqiqə keçdikdən sonra – təyyarə Fars körfəzi üzərində olarkən raketlə iki yerə bölünür. Heç kim sağ qalmır.

Raketin Hörmüz boğazındakı Amerikanın “Vinsennes” kreyserindən buraxıldığı məlum olur. Həmin vaxt İran-İraq müharibəsi gedirdi və sözügedən kreyser Küveytin neft tankerlərini qorumaq üçün boğaza cəlb edilmişdi. Gəmi “İdcis” təyyarə və raketləri məhv etmək üçün informasiya-idarəetmə döyüş sistemi ilə təchiz edilmişdi.

Sovet KIV-ləri insidentə operativ reaksiya verir. Növbəti gün “Pravda” qəzetində bu başlıqda məqalə dərc olunur: “İran avialayneri 290 sərnişinlə birgə yoxa çıxıb. İRNA agentliyi onun Amerika gəmisindən açıqlan atəşlə vurulduğunu bildirir”.

İyunun 5-də isə sözügedən qəzetdə daha həcmli və daha emosional başlıqlı məqalə dərc olunur: “Raketlər – sərnişinlər üçün!”.

Mətbuat konfransının əvvəlində Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, admiral Uilyam Krou İranı az qala qəsdən provokasiya törətməkdə ittiham edir.

ABŞ-ın “The Washington Post” qəzeti oxucularını Birləşmiş Ştatların nəzər-nöqtəsi ilə tanış edir. Qəzet yazır ki, laynerin səmada görünməsindən az sonra İranın sərhəd kreyserləri “Vinsennes”in göyərtəsindən qalxan vertolyotu qəflətən atəşə tutmağa başlayırlar. A-300-ün marşrutu isə düz toqquşma arenasından keçib. Bundan başqa təyyarənin adı mülki təyyarələrin uçuş reysi üzərindən çıxarılıb. Buna görə də Birləşmiş Ştatlar kreyseri belə bir addım atmağa məcbur olub.

ABŞ hakimiyyəti insanların ölməsinə görə başsağlığı versə də, bu günədək özünün bu məsələdə günahını etiraf etmir. “Bu fakta baxmayaraq mən ABŞ adından üzr istəməyəcəm”, – deyə prezident Corc Buş (ata) bəyan edir.

Buna baxmayaraq insident ciddi şəkildə araşdırılmır və unudulmasına cəhdlər edilir. Bu gün də Qərb mətbuatı 655 nömrəli reys barədə yazılar yazmağa nadir hallarda müraciət edir. İyulun 3-də, faciənin 30 illiyində “Google”un araşdırmasına görə bu hadisə Qərbin heç bir aparıcı mətbuat orqanında xatırlanmayıb.



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.