"Bizim heç nədən xəbərimiz olmayıb" - Sui-qəsd hədəfi olan vəzifəli şəxsin qızı

4-07-2018, 19:55           
"Bizim heç nədən xəbərimiz olmayıb" - Sui-qəsd hədəfi olan vəzifəli şəxsin qızı
Bakı Ağır Cinayətlər Məhkəməsində Az.TV sədri Arif Alışanova qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyevin, Zöhrab Şirinovun, Aqşin Hüseynovun barələrində olan cinayət işi üzrə məhkəmə davam edib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, A.Alışanovun teleqramı məhkəməyə daxil olub. Az.Tv sədri bildirib ki, müəyyən səbəblərdən prosesdə iştirak edə bilmir və istintaqa verdiyi ifadəsini təsdiqləyir.

Təqsirləndirilən şəxslər buna etiraz ediblər. Bildiriblər ki, Arif Alışanov məhkəmədə dindirilməlidir.

Məhkəmədə ilkin olaraq Alışanovun qızı Nigar Alışanovanın istintaqa verdiyi ifadəsi elan edilib.

O, atasına qarşı sui-qəsd olduğunu qeyd edib ki, istintaq dövründə bildiyini qeyd edib: "Bizim heç nədən xəbəriniz olmayıb. İstitaq dövründə bildik ki, Şücaət atamın külli miqdarda pulunu mənimsəyib və ona sui-qəsdə cəhd edib".

Daha sonra Arif Alışanovun istintaqa verdiyi ifadə elan edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru