“Qız bıçağı qardaşımın ürəyinə soxdu” — Həyat yoldaşı tərəfindən öldürülən şəxsin qardaşı DANIŞDI

4-07-2018, 19:56           
“Qız bıçağı qardaşımın ürəyinə soxdu” — Həyat yoldaşı tərəfindən öldürülən şəxsin qardaşı DANIŞDI
Xudat şəhərində qətl törədilib.
teref.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Şəhriyar küçəsində baş verib.

30 yaşlı Osmanov Maarif Tofiq oğlu həyat yoldaşı tərəfindən bıçaqlanaraq öldürülüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Mərhumun yaxınlarından ARB TV-yə bildirilib ki, hadisəyə səbəb ər və arvad arasında yaranan mübahisə olub.
Zakir Osmanov – mərhumun qardaşı: “İçəridə idi, telefonla söhbət edirdi. Dedi telefonu ver, başqası ilə danışırdı. Niyə başqası ilə danışdığını soruşdu. Bunun üstündə getdi evdən bıçağı götürüb soxmaq istədi, anam girdi qabağına dedi ki, bıçaqla dava eləmə, yaxşı deyil. Qardaşım anamı itələdi, özü girdi qabağa. Qızın qardaşı da tutdu mənim qardaşımın əlindən. Qız vurdu, soxdu ürəyinə. Onu mən də görmüşəm, anam da görüb”.

Qeyd edək ki, onlar uzun illərdir ailəli olsada övladları yoxdur.

Faktla bağlı araşdırma aparılır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.