Manyakın daha bir cinayəti ortaya çıxdı – Almaniyada

6-07-2018, 11:21           

Almaniyada 14 yaşlı Susanna Maria Feldmanın qatilinin daha bir cinayəti orataya çıxıb. AzEuroNews.com xəbər verir ki, qatil 20 yaşlı Əli Bəşər (Ali Bashar) polis idarəsində dindirilən zamanı 14 yaşlı daha bir qıza təcavüz etdiyini etiraf edib.

Əli Bəşər deyib ki, 13 yaşlı əfqan qaçqın və kiçik qardaşı ilə 14 yaşlı bir qıza təcavüz edib.

Alman polisi Əli Bəşər ilə birlikdə 14 yaşlı qıza təcavüz edənləri saxlayıb. Lakin Almaniya qanunvericiliyinə görə, onların yaşları 14-dən kiçik olduğundan həbs qəti imkan tədbiri seçilə bilməyib.

Foto © Privat, Joerg Halisch / Bilde.de
Məlumat üçün bildirək ki, Almaniyada mayın 22-dən etibarən axtarışda olan və sonra təcavüz edilərək öldürülüb meşəyə atılan 14 yaşındakı Susanna Maria Feldmanın qatili İraqa qaçmışdı. İki həftə axtarılan 14 yaşındakı qızın cəsədi çərşənbə günü tapılmışdı. Müəyyən edilmişdi ki, ona meşədə təcavüz etdikdən sonra öldürüblər. Susannanın qatil və qatillərinin axtarşı üçün ölkəboyu keçirilən əməliyyat qısa zamanda nəticəsini vermişdi.

Visbaden şəhər polisindən verilən açıqlamaya görə, 14 yaşlı qızın qatili 20 yaşlı İraqdan olan qaçqın Əli Bəşərdir. (Ali Bashar)

O, Almaniyada qaçqınlar üçün nəzərdə tutulan yataqxanada yaşayırmış. Polisin məlumatında bildirilir ki, 14 yaşlı qızı öldürənlər iki nəfər olublar. Onlardan biri tutulub. Digəri – Əli Bəşər isə, saxta pasportla 7 nəfərlik ailəsi ilə Düsseldorfdan İstanbula ordan da Ərbil şəhərinə qaçıb.

Polis hadisə ilə əlqaəsi olan bir Türkiyə vətəndaşını da həbs edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.