Ali Məhkəmə Baş Prokurorluğa “yox” dedi - QƏRAR

18-09-2018, 11:29           
Ali Məhkəmə Baş Prokurorluğa “yox” dedi - QƏRAR
Ali Məhkəmədə xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin öldürülməsinə görə təqsirləndirilənlərdən biri - Elnur Nəhmədovun barəsindəki hökmdən verilən kassasiya protestinə baxılıb

Hakim İnqilab Nəsirovun icraatında olan prosesdə qərar elan olunub. Qərara əsasən, Baş Prokurorluğun E.Nəhmədovun cəzasının ağırlaşdırılması ilə bağlı protesti təmin edilməyib.

Hadisə 2017-ci il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin binasında baş verib.

Yolçu Qocayev, tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində döyülərək öldürülüb. P.Hüseynov və R.Məmmədov xuliqanlıqda, E.Nəhmədov isə xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə E.Nəhmədov 5 il, R.Məmmədovun 2 il 6 ay, P.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. E.Nəhmədovun təqsirləndirildiyi qəsdən adam öldürmə maddəsi ehtiyatsızlıqdan adam öldürmə maddəsinə tövsif edilib.

Hər üç şəxs apellyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini və prokuror isə protest verərək cəzanın ağırlaşdırılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzov hər iki tərəfin şikayətini rədd edib və hökm dəyişdirilmədən qüvvədə saxlanılıb/qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru