Aİİ-də tələbələrin marağına səbəb olan seminar keçirilib

23-11-2018, 17:52           
Aİİ-də tələbələrin marağına səbəb olan seminar keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Milli-mədəni irsin təbliğ edilməsinin gənc nəslin formalaşmasında rolu” mövzusunda seminar keçirilib.
Aİİ-nin müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan İlahiyyat İnstitutunun maarrifləndirmə məqsədi daşıyan mövzulara xüsusi önəm verdiyini, bu səbəbdən, ali tədris müəssisəsində mütəmadi olaraq müxtəlif seminar, “dəyirmi masa” və konfransların keçirildiyini bildirib.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı Tural Şiriyev “Milli-mədəni irsin təbliğ edilməsinin gənc nəslin formalaşmasında rolu” mövzusunda məruzə ilə çıxış edib. T.Şiriyev bildirib ki, müasir dövr cəmiyyətdə milli düşüncə tərzinin formalaşması baxımından, xüsusilə, gənc nəsil üçün çətin mərhələdir. T.Şiriyev sərhədsiz, qlobal informasiya məkanında müxtəlif mədəni ideyaların, ənənələrin təsiri altında olan daha mütərəqqi, eyni zamanda, milli ruhumuzla səsləşən dəyərlərin mühafizə edildiyinin bir zərurətə çevrildiyini vurğulayıb.
Tədqiqatçı maarifçi ziyalıların qarşısında duran vəzifələrdən ən başlıcasının, xalqımızın mədəni kimliyini, onun tarixini olduğu kimi gənc nəslə aşılamaqdan ibarət olduğunu vurğulayıb: “Hər bir xalqın milli birliyinin möhkəm təməlləri məhz onun öz tarixi keçmişinə olan güclü etimadından qaynaqlanır. Həqiqi vətəndaş olmaq üçün xalqın milli-mədəni irsi – onun tarixinin qəhrəmanlıq səhifələri; böyük ədəbi irsi və dahi nümayəndələri; xalqın yaratdığı maddi mədəniyyət nümunələri; incəsənəti, dini, mənəvi dünyası və s. milli dəyərlərinin tanınması xüsusi əhəmiyyət kəsb edir”.
Seminar tələbələrdə sual doğuran məqamların diskussiyası ilə davam edib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.