Aİİ tələbələri yaşıllaşdırma aksiyasında iştirak ediblər

23-11-2018, 21:53           
Aİİ tələbələri yaşıllaşdırma aksiyasında iştirak ediblər
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Yasamal rayon ərazisində keçirdiyi yaşıllaşdırma aksiyasında iştirak ediblər. Rayon ərazisində abadlıq və yaşıllaşdırma tədbirləri uğurla davam etdirilib. Ətraf mühitin yaşıllaşdırılması məqsədilə şam, küknar ağacları əkilib, eyni zamanda, torpaq sahəsi təmizlənib.
Aİİ-nin üçüncü kurs tələbələrinin qatıldığı iməcilikdə müvafiq təmizləmə və abadlıq işləri görülüb, yaşıllığa qulluq edilib. Bu aksiyanın keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.
Qeyd edək ki, Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, gənclərin intellektual və mənəvi dünyasının zənginləşdirilməsi, o cümlədən vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif maarifləndirici və sosial yönümlü layihələr həyata keçirir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru