Gürcüstan vətəndaşlarının borclarının ödənməsi ilə bağlı yayılan şayiə təxribat və yalandır - SOCAR

26-11-2018, 16:47           
Gürcüstan vətəndaşlarının borclarının ödənməsi ilə bağlı yayılan şayiə təxribat və yalandır - SOCAR
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sosial şəbəkələrdə şirkətin Gürcüstan vətəndaşlarının borclarını ödəməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

“Report"un verdiyi xəbərə görə, SOCAR "Facebook" sosial şəbəkəsindəki səhifəsində bildirib ki, dünəndən sosial şəbəkələrdə SOCAR-ın Gürcüstan vətəndaşlarının borclarını ödəməsi ilə bağlı yayılan şayiə təxribat və yalandan başqa bir şey deyil.

“Azərbaycanın qlobal brendi SOCAR müxtəlif ölkələrdə həyata keçirdiyi əməliyyatlarla Azərbaycan üçün gəlir və mənfəət əldə edir. Gürcüstan, Türkiyə, İsveçrə və digər xarici ölkələrdə vətənimiz üçün əldə etdiyimiz gəlirlər ötən ildə SOCAR-ın ümumi gəlirlərinin 90%-dan çoxunu təşkil edib”,- deyə məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru