Aİİ-də Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Gününə həsr olunmuş seminar keçirilib

28-11-2018, 19:49           
Aİİ-də Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq  Gününə həsr olunmuş seminar keçirilib
Teref.az - Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Qadınlara Qarşı Zorakılığın Aradan
Qaldırılması Beynəlxalq Gününə həsr olunmuş seminar keçirilib.
Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə
doktoru İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, zəngin
dünyagörüşə, dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların
hazırlanması məqsədilə Aİİ-nin müxtəlif mövzularda təşkil etdiyi “dəyirmi
masa”lar, seminarlar, treninqlər və görüşlərin xüsusi əhəmiyyəti vardır.
İ.Əlimuradov keçirilən tədbirin əhəmiyyətini qeyd edərək, qadınlara qarşı
zorakılığın dünyanın bir sıra ölkələrində müşahidə olunduğunu bildirib.
Vurğulanıb ki, qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı
cəmiyyətimiz tərəfindən həmişə mənfi qarşılanır.
Aİİ-nin müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov Qadınlara
Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Gününə dair geniş məruzə ilə
çıxış edib. O vurğulayıb ki, hazırda bütün dünyada hər üç qadından biri həyatı
boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. Hər il dünyada 1200-ə yaxın qadın
partnyorları və qohumları tərəfindən öldürülür, 2 milyon qadın yaralanır, 4 minə
yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif
təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girməyə
məcbur edilir. Qadın və qızların 71 faizi insan alverinin qurbanına çevrilir. Bütün
bunlar göstərir ki, zorakılıq nə coğrafi sərhəd, nə də yaş həddi tanıyır. A.Qənbərov

2

qeyd edib ki, bunları nəzərə alaraq, 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25
noyabrı rəsmi olaraq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq
Günü elan edib.
Məruzəçi qadın zorakılığına qarşı mübarizə metodlarından da bəhs edib: “Bu
fəaliyyətə ictimaiyyət nümayəndələri cəlb olunmalı, qadınlara qarşı zorakılıqla
mübarizə ictimai xarakter almalı, bütün cəmiyyət bu mövzuda maarifləndirilməli
və bu həssas problemə qarşı münasibətdə gənclər xüsusi təlimatlandırılmalıdır”.
O qeyd edib ki, Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən
biridir. Vurğulanıb ki, cəmiyyətimizin ictimai həyatında qadının mövqeyi uzun
mərhələ keçərək formalaşıb və inkişaf edib. Bu inkişaf heç də asan əldə
olunmayıb, qadınlar özlərini təsdiq etmək üçün bir sıra çətinlikləri aradan
qaldırmaq uğrunda mübarizə aparıblar.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.