OĞURLUQ EDƏN ŞƏXS SAXLANILDI

29-11-2018, 16:03           
OĞURLUQ EDƏN ŞƏXS SAXLANILDI
Teref.az - a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar rayonu Köhnəxudat kənd sakini Orxan Gülməmmədov noyabrın 27-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən 350 manat pulunun oğurlandığı barədə məlumat verib.
Məlumatla əlaqədar Qusar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xürel kənd sakini İsmayıl Mədətov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini edərək, evə qanunsuz daxil olaraq oradan 350 manat pul oğurladığını, əldə etdiyi pulları isə rayon ərazisində xərclədiyini bildirib.

Faktla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru