Aİİ fəaliyyəti ilə bağlı ümumi iclas keçirib

3-12-2018, 12:36           
Aİİ fəaliyyəti ilə bağlı ümumi iclas keçirib
Teref.az - Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) cari tədris ilində noyabr ayının nəticələrinə həsr olunmuş növbəti iclasını keçirib.

İnstitut rəhbərliyi və əməkdaşlarının iştirak etdiyi tədbirdə təhsil müəssisəsinin ümumi fəaliyyəti və gələcək perspektivləri müzakirə olunub.

Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrılır. Rektor vurğulayıb ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkə Prezidentinin Sərəncamı ilə Aİİ-nin təsis edilməsinin bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu nəzərə çatdıran İnstitut rəhbəri bu ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirib.

Aİİ-nin məqsəd və hədəflərindən danışan C.Məmmədov qeyd edib ki, fəaliyyətə başladığı qısa dövr ərzində İnstitut ilk tədris il üçün tələb olunan vacib məsələlər – strukturun təşkili, müəllim və işçi heyətinin formalaşdırılması ilə bağlı bütün işləri müəffəqiyyətlə həyata keçirib. Rektor İnstitutun sənədlər toplusunun, kataloq, qəzet və jurnallarının hazırlandığını qeyd edərək, yaxın zamanlarda onların nəşr olunacağını diqqətə çatdırıb.

Aİİ-nin rəhbəri bildirib ki, qarşıda dayanan əsas hədəflərdən biri zəngin dünyagörüşə, yüksək mədəniyyətə, dərin dini və dünyəvi biliyə malik vətənpərvər mütəxəssislərin hazırlanmasıdır. Vurğulanıb ki, dövlətçiliyimizin möhkəmləndirilməsində məqsəd və amalı sarsılmaz olan gənc nəslin

formalaşdırılmasına töhfələr vermək İnstitutun əsas vəzifələrindəndir. C.Məmmədov dövlətimiz tərəfindən göstərilən etimadı doğrultmaq üçün bütün kollektivi əzmkar olmağa çağırıb. O, tələbələrlə davamlı ünsiyyətdə olmağı, müəllim-tələbə münasibətlərini müsbət məcrada formalaşdırmaq üçün tövsiyələrini bildirib.

Tədbirdə təhsil müəssisəsinin daxili nizam-intizam qaydaları, tədris prosesinin təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan və görülməsi vacib olan digər məsələlər müzakirə olunub.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.