POLİSLƏR YAŞATMAQ ÜÇÜN QAN VERDİLƏR

3-12-2018, 18:42           
POLİSLƏR YAŞATMAQ ÜÇÜN QAN VERDİLƏR
Teref.az-a DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya instititunun əməkdaşlarının iştirakı ilə Şəki Şəhər Rayon Polis Şöbəsində Talassemiyalı və Hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib.
“Qan ver, yaşat!” devizi ilə gerçəkləşən humanist aksiyada ŞRPŞ-nin şəxsi heyəti fəal iştirak edib. Onlar bu kimi xeyriyyəçilik tədbirlərinin keçirilməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını nümayiş etdiriblər. Bu aksiyaya qoşulmağı səhhəti imkan verən hər bir əməkdaşın vətəndaşlıq borcu olduğunu bildiriblər.
Polis əməkdaşları əvvəlcə tibbi müayinədən keçiriliblər. Sonra isə qan vermək üçün masalara yaxınlaşıblar.
Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru