Baytarlıq sahəsi ilə bağlı bəzi xidmətlər "Elektron xidmət növlərinin Siyahısı”ndan çıxarılıb

4-12-2018, 06:14           
Baytarlıq sahəsi ilə bağlı bəzi xidmətlər "Elektron xidmət növlərinin Siyahısı”ndan çıxarılıb
Nazirlər Kabineti “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 23 fevral tarixli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2005-ci il 22 noyabr tarixli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 16 aprel tarixli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə 2011-ci il 24 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”na dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən “Elektron xidmət növlərinin Siyahısı”nın 10.7-ci - baytarlıq nəzarətində olan yüklərin, o cümlədən baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxal-ixracına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu və 10.8-ci - baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, sınaqdan keçirilməsi, dövlət qeydiyyatına alınması, dövlət reyestrinin aparılması və qeydiyyat şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu bəndləri ləğv olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru