İki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

28-03-2019, 11:13           
İki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teref.az-a verilən məlumata görə, martın 27-də günorta saatlarında Gəncə şəhər sakini DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək qonşuları Elvira Hüseynovanı və Eldar Əliyevi digər qonşusu Amil Hüseynov bıçaqla vurub qaçdığını bildirib.
İlkin araşdırma zamanı məlum olub ki, 1981-ci il təvəllüdlü Gəncə şəhər sakini Amil Hüseynov ailə münaqişəsi zamanı qohumu, 1991-ci il təvəllüdlü Şəmkir rayon sakini Hüseynova Elviranı bıçaq zərbələri ilə vuraraq ona döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası xəsarətini yetirdikdən sonra köməyə gələn qonşusu 1958-ci il təvəllüdlü Gəncə şəhər sakini Eldar Əliyevi bıçaqla vuraraq döş qəfəsinin və qarın nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarətini yetirərək hadisə yerindən qaçıb.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində A. Hüseynov şəhər ərazisində gizləndiyi yarım tikilidə tutularaq maddi sübutla birlikdə istintaqa təqdim edilib.
Faktla bağlı araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru