SİLAHLARI HƏYƏTİNDƏ GİZLƏTMİŞDİ

28-03-2019, 11:18           
SİLAHLARI HƏYƏTİNDƏ GİZLƏTMİŞDİ
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az - a verilən məlumata görə, RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Möhüc kənd sakini Hüseynağa İsbatova məxsus fərdi yaşayış evinin həyətində gizlədilmiş bir ədəd “Skat” markalı tapança, bir ədəd xəncər, bir ədəd təklüləli ov tüfəngi və 9 ədəd patron aşkar edilərək götürüblər.
Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru