SOYQIRIMI QURBANLARININ XATİRƏSİ YAD OLUNDU

30-03-2019, 18:27           
SOYQIRIMI QURBANLARININ XATİRƏSİ YAD OLUNDU
Martın 30-da Siyəzən Rayon Polis Şöbəsində 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar anım mərasimi keçirilib.Tədbirin əvvəlində soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan RPŞ-nin rəisi, polis polkovniki Valik Vəlimətov 1918-ci ilin martın 31-də ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım haqqında geniş məlumat verib. Bildirib ki, daşnak-bolşevik birləşmələri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində törətdilən amansız qətliamların əsas məqsədi xalqımızı yer üzündən silmək, tarixi torpaqlarımıza yiyələnmək olub. Həmin vaxt qırğınların kütləvi şəkil alması, silahlanmış erməni əsgərlərinin dinc əhalini amansızcasına qətlə yetirmələri nəticəsində Azərbaycan ərazisində on minlərlə soydaşımız qəddarlıqla öldürülüb, tarixi binalar, məscidlər, məktəblər dağıdılıb.
Daha sonda çıxış edənlər bu soyqırımının heç vaxt unudulmayacağını, tariximizin qanlı səhifəsi kimi yaddaşlarda yaşayacağını bildiriblər.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.