Şirvan DYP-si ilə bağlı ittihamlara DİN-dən cavab gəldi ...

4-04-2019, 16:06           
Şirvan DYP-si ilə bağlı ittihamlara DİN-dən cavab gəldi ...
Bu ilin əvvəlində, yanvarın 12-də Şirvan şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisədən 6 gün sonra qəza nəticəsində xəsarət alan Azər Şamıyev dünyasını dəyişib. Məsələ ilə bağlı bəzi xəbər saytlarında yerləşdirilmiş yazılarda hadisəyə dair bəzi məqamlar təhrif olunmuş formada təqdim edilmiş, materialda adı çəkilən polis əməkdaşları barədə əsassız və böhtan xarakterli məlumatlar yayılmışdır.
Belə ki, hadisənin baş verdiyi gün Azər Şamıyev başqa bir vətəndaşa məxus avtomobili talamaq məqsədi olmadan Şirvan şəhəri H.Əliyev prospektində yüksək sürətlə idarə edib. Prospektdə işıqforun qırmızı işığına məhəl qoymayan A.Şamıyev DYPB-nin əməkdaşlarının “dur” əmrinə də tabe olmayıb. Yolun əks hərəkət istiqamətində yüksək sürətlə hərəkət edən sürücü qarşıdan gələn nəqliyyat vasitəsilə toqquşub. Qəza nəticəsində A. Şamıyev qapalı kəllə beyin travması, döş qəfəsin küt travması və qabırğaların çoxsaylı sınığı diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun yüngül dərəcəli sərxoş olması müəyyən edilib. Həkimlərin səyinə baxmayaraq, o, bir neçə gündən sonra xəstəxanada dünyasını dəyişib.
Bununla bağlı mərhumun yaxınlarının qəzanın yol polisi əməkdaşlarının təqsiri ucbatından baş verməsi barədə iddiaları Şirvan Şəhər Prokurorluğunda aparılan araşdırma zamanı öz təsdiqini tapmamışdır.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.