“Karmen” ununun topdansatış qiymətini aşağı saldı

10-04-2019, 16:04           
“Karmen” ununun topdansatış qiymətini aşağı saldı
Əsas təlabat məhsullarından olan un istehsalı və satışını həyata keçirən “Karat Holdinq” MMC istehlakçı məmnunluğunu daim öndə tutur, istehlakçılara yüksək keyfiyyətli və sərfəli qiymətlərlə məhsul təklif edir.
İdxal buğdasının alış qiymətində son günlərdə baş vermiş enmələr istehsal olunan unun maya dəyərinin aşağı düşməsi imkanı yaradıb və bununla əlaqədar unun topdansatış qiyməti aşağı salınıb. Belə ki indiyədək topdansatış qiyməti 25.95 manat olan 1 kisə 50 kq-lıq “Karmen” ununun topdansatış qiyməti bu gündən 25,45 manat müəyyən edilib.
Məhsulun topdansatış qiymətində baş vermiş ucuzlaşma tezliklə həmin məhsulların pərakəndə satış qiymətinin də ucuzlaşmasına səbəb olacaqdır.
“Karat Holdinq” MMC bundan sonra da istehlakçılara yüksək keyfiyyətli və sərfəli qiymətlərlə mal təqdim olunması istiqamətində səylərini davam etdirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru