PİYADANI VURUB HADİSƏ YERİNDƏN YAYINAN SÜRÜCÜ SAXLANILIB

12-04-2019, 00:42           
PİYADANI VURUB HADİSƏ YERİNDƏN YAYINAN SÜRÜCÜ SAXLANILIB
Teref.az- Aprelin 10-da saat 23 radələrində Şəki şəhərinin M.Ə. Rəsulzadə prospektində naməlum avtomobil yolu keçən şəhər sakini Oqtay Abdurəhimovu vurmuş və nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür.

Faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törədən şəxsin Şəki rayonunda məskunlaşmış Laçın rayon sakini Təvəkkül Qasımov olduğu müəyyən olunub. Belə ki, onun dünən axşam saatlarında idarə etdiyi “VAZ 2170 “ markalı avtomobillə piyada O. Abdurəhimovu vurub hadisə yerindən uzaqlaşdığı məlum olub. T. Qasımov saxlanılaraq idarə etdiyi avtomobillə birgə ŞRPŞ-nin İstintaq bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.