ƏVVƏLKİ MƏHKUMUN EVİNDƏ NARKOTİK AŞKARLANIB

12-04-2019, 10:09           
ƏVVƏLKİ MƏHKUMUN EVİNDƏ NARKOTİK AŞKARLANIB
Teref.az- Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçiriblər.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Talalar kənd sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş 53 yaşlı Çingiz Yolçuyev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri, eləcə də 790 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.