Seçiciləri Azay Quliyevə sakinlərin təşəkkür məktubunu təqdim etdilər – FOTOLAR

12-04-2019, 21:52           
Seçiciləri Azay Quliyevə sakinlərin təşəkkür məktubunu təqdim etdilər – FOTOLAR
Milli Məclisin deputatı Azay Quliyev Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında seçicilərini qəbul edib.

Teref.az xəbər verir ki, deputat secicilərin sosial, məşğulluq, əmək, mənzil və əmlak məsələləri ilə əlaqədar müraciət və şikayətlərini dinləyib.
Seçicilərin qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Digər müraciətlərin də həlli ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Görüşdə iştirak edən seçici Bahar Əliyeva, S.S.Axundov küçəsi 3, 3A və 3B binalarının sakinləri adından deputat Azay Quliyevə ünvanlanan təşəkkür məktubunu təqdim edərək qeyd edib ki, son 2 il ərzində mövcud olan və onları ciddi narahat edən problem Azay Quliyevin müdaxiləsi ilə aradan qaldırılıb.
Qəbulda Əmək Əhalinin Sosial Müdəfiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Cahandar Axundov Binəqədi rayon Məşğulluq İdarəsinin rəisi Anar Bağıyev və Əmək iştirak edib.

Xatırladırıq ki, Azay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün onlayn qeydiyyat sistemi (http://azayguliyev.az/qebul.php?cat=112〈=az) fəaliyyət göstərir. 8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri elektron müraciət imkanından yararlanaraq deputatın qəbuluna yazıla bilərlər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru