Mingəçevirdə məktəblilər yol polisinin fəaliyyəti ilə tanış olublar - FOTO

1-06-2019, 12:38           
Mingəçevirdə məktəblilər yol polisinin fəaliyyəti ilə tanış olublar - FOTO
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, Mingəçevirdə məktəblilər Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə ekskursiya ediblər. “Yol polisimizlə bir gün” adlı tədbir “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” nın məqsədlərinə uyğun olaraq Daxili İşlər və Təhsil Nazirliklərinin həyata keçirdikləri birgə əməkdaşlıq çərçivəsində baş tutub. DYPB-nin təbliğat və təşviqat üzrə inspektoru Xətayi Məmmədov burada şagirdlərə yol polisinin xidməti fəaliyyəti, sürücülərin və piyadaların rahat, təhlükəsiz hərəkəti üçün görülən işlər barədə məlumat verib. Məktəblilər növbətçi hissə, xidməti otaqlarla da tanış ediliblər, burada onları maraqlandıran suallar cavablandırıldıqdan sonra ekskursiya şəhər ərazisində davam etdirilib. Şagirdlər burada YPX-nin xidməti avtomobilləri ilə yaxından tanış olublar, avtomobillərdə quraşdırılan sistem barədə onlara məlumat verilib. Əyani olaraq şəhər ərazisindəki piyada keçidlərindən, işıqfordan istifadə qaydaları, eləcə də digər yol hərəkəti qaydaları izah olunub. Sonda bölmə rəisi Cəmşid Abbasov azyaşlılara yollarda diqqətli olmalarını tövsiyə edib və yol hərəkəti qaydalarına əməl etməyə çağırıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru