Bakcell KİV nümayəndələri üçün növbəti seminar keçirib
14-10-2019, 17:18
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti jurnalistlər üçün növbəti dəfə iki günlük seminar keçirib.
“Mobil telekommunikasiya sənayesində son həllər və yeniliklər” mövzusunda keçirilimiş seminara ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-a yaxın jurnalist qatılıb. Ardıcıl olaraq altı ildir ki təşkil olunan ənənəvi seminarın əsas məqsədi jurnalistləri mobil telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, innovasiyalar və son tendensiyalar barədə maarifləndirməkdir. Seminar mobil telekommunikasiya üzrə məlumatlılığın və bu sahədən yazan jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir.
Teref.az xəbər verir ki, Qalaaltıda keçirilən seminarda təlimçi qismində iştirak edən “Bakcell”in aparıcı ekspertləri “Mobil rabitənin əsasları”, “Telekom sahəsində “Big data”: Tətbiqlər və son tendensiyalar”, “Mobil şəbəkənin inkişafı”, “Tədbirlər və şəbəkənin hazırlığı”, “Müştəri xidmətləri texnologiyaları”, “Müştərilərlə əlaqələrin idarə edilməsi”, “Loyallıq Proqramları” və “Əşyaların İnterneti” kimi mövzuları əhatə edib KİV nümayəndələrinə müasir mobil telekommunikasiya sənayesi və Bakcell şirkətinin təqdim etdiyi texnologiya və xidmətlər barədə ətraflı məlumat veriblər.
Biri birindən maraqlı məruzələr və təqdimatlarla yadda qalmış seminar zamanı Bakcell nümayəndələri jurnalistlərin telekommunikasiya sənayesi və yeni texnologiyalara aid suallarını cavablandırıb, fikir mübadilələri və müzakirələr aparıblar.