“Nar” Göyçayda keçirilən festivalı abunəçiləri ilə birgə qeyd etdi

12-11-2019, 18:13           
“Nar” Göyçayda keçirilən festivalı abunəçiləri ilə birgə qeyd etdi
Teref.az - Azərbaycan xalqının zəngin keçmişi, adət-ənənələri və milli-mədəni irsinə bağlılıq nümayiş etdirən “Nar”, hər il olduğu kimi bu il də Göyçayda keçirilmiş Nar festivalında aktiv iştirak edib. Mobil operator festivalın keçirildiyi ərazidə böyük “Nar” çadırı quraşdırıb və iştirakçılar üçün bayram əhval-ruhiyyəsi yaradıb. Təşkil edilən müsabiqələr və əyləncəli oyunlar ziyarətçilər tərəfindən maraqla qarşılanıb və tədbir iştirakçıları müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Bundan başqa, “Nar” çadırına yaxınlaşanlar üçün 2 gün ərzində xüsusi müsabiqə keçirilib və qalib gələnlərə son model smartfon hədiyyə olunub.

Mobil operator Nar festivalı ilə əlaqədar sosial media istifadəçiləri və media nümayəndələri üçün Göyçaya tur da təşkil edib. Noyabrın 4-də sosial mediada keçirilmiş müsabiqədə qalib gəlmiş 10 nəfər “Nar” əməkdaşları ilə birlikdə Göyçaya səfər edib və “Nar” çadırında təşkil edilmiş tədbirlərdə aktiv iştirak edib.

Bundan başqa, “Nar” əməkdaşları ziyarətçilərə mobil operatorun fəaliyyət istiqamətləri, şəbəkənin təkmilləşdirilməsi ilə bağlı görülən işlər, 2019-cu il ərzində ölkə ərazisində qurulan yeni baza stansiyaları və digər işlər barədə geniş məlumat veriblər.

Qeyd edək ki, Göyçay bütün dünyada məşhur olan Azərbaycan narının vətəni hesab olunur. Nar festivalı hər il noyabr ayında möhtəşəm bayram əhval-ruhiyyəsində keçirilir.

“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97,5 %-ni əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.