Allah bu məkana sevgi ilə nəzər salıb
14-11-2019, 17:21
Allahın ruha dinclik verən rəngləri içərisində yaşılın xüsusi yeri olduğu məlumdur. İnsan daxilində yaşanan ruhi boşluqlarını doldurmağa bir kimsəni tapa bilmədikdə , sirdaşını təbiətdə axtarır. Onun sakit, həzin, kövrək , ilıq nəfəsi ilə dünyaya yeni pəncərədən baxır.
Yaradan bizim vətənə o qədər lütf əta etmişdir ki, insanlarımız könül dincliyini ana təbiətin qoynunda tapa bilir.
İsmayyılı rayonu təbiətin elə bir füsünkar məkanlarındandır ki, burada insan ruhunun qidasını tapır. Yaşıllığa qərq olmuş dağları, meşələri, bağları, yolları nağıllar aləminin əsrarəngsiz boyalarını gözümüzün önündə canlandırır. İsmayıllının saf, təmiz havası oranın yalnız təbiətini deyil, insanlarını da unikal zəka sahiblərindən edir.
Olduqca qədim tarixi olan rayonun qürur duyulası salnaməsini iki sətirlik yazımıza sığışdırmağa imkanlarımız yetməz. Təkcə rayonun qədim yaşayış məskəni olan Lahıc kəndi bu rayonun insanlarının təfəkkürünün necə bir qibtəyə laiq olduğunu sərgiləyir. Kəndin 80 yaşlı ahıl sakini ilə söhbət etdiyimiz zaman sözün həqiqi mənasında heyrətimizi gizlədə bilmədik. Kəndin qədim daşla döşəli yolları, küçələri onun görünən tərəfidir.
Görünməyən tərəfi isə ondan ibarətdir ki, kənddə iki yüz ildən artıqdır ki, yeraltı kanalizasiya sistemi kəndin çirkab sularını daşıyır. Lakin bu sistemin necə qurulması bu günə kimi mütəxəssislər tərəfindən araşdırılıb başa çatmayıb. Lahıc kəndi qədim misgərlik sənətinin təkrarsız nümunələri ilə də dünyada ad qazanıb. İsmayıllı rayonu Azərbaycan xalq sənətinin zərif nümunələrini yaşadan Baskal kəndində kələğayı xalq sənətini yaradan və yaşadanlarla böyük nüfuza sahibdir.
Rayonun görkəmli şəxsiyyətləri, şairləri, siyasi xadimlərinin xalqımız üçün etdikləri xidmətləri əvəzsizdir. İsmayıllının saf , təmiz mühitində dünyaya gələn insanların əqidələrində, əməllərində də İsmayıllının zümrüd təbiətinin şəffaflığını görmək olur. Belə insanlardan biri haqqında söz salmaq istərdik.
Ismayılının Lahıc kəndində 1950-ci ildə seyid Mirsadiq kişinin ailəsində bir oğlan uşağı dünyaya gəldi. Ata övladının adını Mirdamət deyə çağırdı. Doğulduğu ailədə dini mənəvi dəyərlərin öndə olması, elmin övladlarının tərbiyyəsində olmazsa-olmaz kimi qəbul edən valideyinləri oğullarının kamil və xeyirli insan olması üçün mükəmməl tərbiyyə verdilər.Cəmiyyətdə ailə dəyərlərinin üstün tutulduğu, vətən sevgisinin müqəddəs sayıldığı ortamda böyümüş professor Mirdamət Sadiqov uzun və zəhmətli yollar keçməklə nəhayət 2013-cü ildə doğma İsmayıllısına İcra Başçısı kimi döndü.
İnsan yaddaşında ən müqəddəs xatirəıər uşaqlığında daş yaddaşına həkk olunmuş yaşadığı qayğısız dünyasının gözəllikləridir. Başçı Mirdamət Sadiqov öz rayonunda öz həmyerlilərinin yalnız problemlərini həll etmək üçün deyil. onların sosial həyatlarının, rifah halarının yaxşılaşdırılması üçün bütün imkanlarını səfərbər etdi.
Deyirlər “Yol mədəniyyətdir”. İlk olaraq İsmayıllı rayon yollarının abadlaşdırılması işini gündəmə qoyan Mirdamət Sadiqov qısa zaman içərisində təkcə rayon mərkəzinin deyil, ucqar kəndlərin yollarını müasir standartlar səviyyəsində yenidən qurdurdu.
Qədim mədəniyyət mərkəzi olan Lahıc kəndinin simasını tamamilə yenilədi. Xarici turistlərin rayona axışını və Azərbaycan haqqında gözəl təsüratlarının dünyaya çatdırılmasına imkanlar yaratdı. Qədim xalq sənətimiz olan xalça sənətinin yenidən canlanması və yaşaması üçün rayon ərazisində xalça fabrikinin qurulmasına nail oldu. Hər il rayonda məktəblilər arasında “Sülh aylıqı” adlı silsilə tədbirlərin keçirilməsi ilə gənclərin mənəvi əxlaqi dəyərlərinin yüksəlişinə nail olmağa çalışır. Ölkə Prezidentinin rayon ərazisində sabiq İcra Başçılarının məsuliyyətsizliyi səbəbilə yaratdığı xaosun qarşısının almasını, əhalinin etimadının doğrultmasını, insanların problemlərinin obyektiv həll olunması kimi insan faktorlarına dayanan tapşırıqlarının öhdəsindən laiqincə gəlməyə calışdı və bu yolda da davam edir.
Biz Mirdamət Sadiqova İsmayıllı rayonunun sosial həyatına, imicinə gətirdiyi yeniliklərinin, rayonun infrasturukturunun inkişafında göstərdiyi xidmətlərini qısa bir yazı içərisində dolğunluğu ilə əks etdirə bilməyimizin imkanlarımız xaricində olduğunu vurğuladıq. Lakin az da olsa Mirdamət müəllim haqqında xoş sözlər söyləmək imkanlarını bizə yaratdığı üçün şəxsinə sonsuz minnətdarlığımızı bildiririk.
“DogruXeber.az”