İntellektual oyun izlə, “Nar”dan hədiyyə qazan!
22-11-2019, 18:42
Gənc nəslin intellektual inkişafına hər zaman xüsusi önəm verən “Nar”ın dəstək olduğu “Breyn Rinq” intellektual bilik yarışının 14-cü mövsümü davam edir. Hər il olduğu kimi bu mövsüm də televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Belə ki, yarışın yayımı zamanı “Nar”ın Feysbuk hesabında yerləşdirilən suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırlar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”dan hədiyyə qazanmaq şansı əldə edirlər.
Teref.az xəbər verir ki, noyabr ayında isə məntiqi suallara düzgün cavab verərək qalib olan Feysbuk istifadəçiləri Borçalı Qurbanov, Mehman Isayev və Fuad Anzurovdur.
Qeyd edək ki, “Brain Ring” intellektual yarışlarında respublikanın müxtəlif bölgə və ali məktəblərini təmsil edən komandalar “Bilik” kuboku uğrunda mübarizə aparırlar. Yanvar ayının əvvəlinədək davam edəcək yarışlar hər həftənin bazar günü saat 20:00-da İctimai TV vasitəsilə yayımlanır.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.