Lökbatandan maraqlı mesaj...

4-12-2019, 15:09           
Lökbatandan maraqlı mesaj...
Teref.az - Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun paytaxtın qəsəbələrində keçirdiyi əhali ilə görüşləri çərçivəsində novbəti görüş Qaradağ rayonu Lökbatan qəsəbəsində təşkil edilmişdir. Görüşdə çıxış edən şəhər rəhbəri paytaxtda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin, fasad və girişlərinin təmiri, yeni liftlərin quraşdırılması“Abad məhəllə”lərin yaradılması barədə məlumat verərək paytaxt qəsəbələrinin daha da inkişaf etdirilməsi ilə bağlı ölkə başçısının tapşırığını xüsusi olaraq vurğuladı.
Yüzlərlə sakinin iştirakı və ənənəvi “Açıq mikrofon” formatında keçirilən görüşdə hər bir sakin öz irad və təkliflərini deməyə imkan tapmış, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, aidiyyəti qurumların rəhbərləri sakinlərin müraciət və təkliflərini 3 saatdan çox vaxt ərzində ayaq üstə dinləmişlər.
Görüşdə söz alan Lökbatan sakinlərindən biri müxalifətə Lökbatanda mitinqə gəlməkdən imtina etdikləri üçün minnətdarlıq etdi və şəhər rəhbərliyinə müraciət edib heç bir müxalifət partiyasına Lökbatanda mitinq keçirməyə icazəverilməməsini xahiş etdi. O, bildirdi ki, Lökbatan sakinləri onsuz da bu mitinqlərə getmirlər və bizə müxalifətin fikirləri yaddır. Qəsəbə sakini təklif etdi ki, mitinqləri ümumiyyətlə şəhərdən kənara çıxarmaq lazımdır. Lökbatan böyük bir qəsəbədir, burada həyat qaynayır və hər hansı kütləvi toplantı sakinlərənarahatçılıq yaradır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.