EVDƏN OĞURLUQ EDƏN ŞƏXS SAXLANILDI

5-12-2019, 09:56           
EVDƏN OĞURLUQ EDƏN ŞƏXS SAXLANILDI
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zizik kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Zülfüqar Bayramov olduğu müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, evə gecə saatlarında qanunsuz olaraq daxil olduğunu, oradan oğurladığı məişət əşyalarının və avadanlıqların bir qismini yaşadığı evdə saxladığını, digər bir qismini isə dəyərindən ucuz qiymətə satdığını bildirib.

Polis əməkdaşları tərəfindən Z.Bayramovun evində saxladığı, eləcə də satdığı əşya və avadanlıqların yeri müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.

Faktla əlaqədar Quba RPŞ-də cinayət işi açılıb. Bu şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.