İngilislərin Bakıdakı monitorinqləri davam edir - Fotolar

10-12-2019, 12:59           
İngilislərin Bakıdakı monitorinqləri davam edir - Fotolar
Məlumat verildiyi kimi bu ilin iyul ayından paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Teref.az-a daxil olan məlumata görə, görülən işlərinin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində xeyli irəliləyişlər əldə olunub. Vətəndaşlarla aparılan maarifləndirici tədbirləri öz bəhrəsini verməkdədir. Nərimanov rayonunda yaradılan 400 ədəd konteyner meydançasında tələbata uyğun miqdarda yeni, müasir konteynerlər yerləşdirilrb. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaradılan Monitorinq Mərkəzində növbəti dəfə Bakıya ezam olunmuş Mott MacDonald şirkətinın nümayəndəsi - Tullantı Menecmenti məsləhətçisi Nik Wilson ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində indiyədək görülən və nəzərdə tutulan işlər barədə ətraflı məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.

Bildirildi ki, tullantıların kompozisiyasının araşdırılmasının təkrarlanması əldə edilən təkrar emal tullantılarının nisbətinin dəqiq öyrənilməsi üçün vacibdir. Kompozisiya araşdırılmasının təkrarlanması hər dəfə nəticələrini dəqiqləşdirilməsi üçündür və hər 2-3 aydan bir təkrarlanması nəzərdə tutulub. Onların bu gəlişi də nəticələri araşdırmaq, növbəti mərhələyə hazırlıqdır. Hər gün konteynerlər yoxlanılır, onların yerləşmə strukturu müzakirə olunaraq optimal variant tapılır, ümumi planda dəyişiklik edilərək mövcud vəziyyətə uyğunlaşdırılır.

Mott MacDonald şirkətinın nümayəndəsi kommunal xidmətlərin işini yüksək qiymətləndirərək layihənin müvəffəqiyyətlə həyata keçirilməsini qeyd etdi və yaxın vaxtlatda digər rayonların da bu layihəyə qoşulacağını bildirdi.

Layihənin həyata keçirildiyi Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birlitinin rəisi Elçin Həşimov bildirmişdir ki, əgər layihənin icrasinin ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb. Iyul ayından bu günə kimi artıq 10 monitorinq keçirilmiş və hər dəfə müsbət irəliləyişlər qeydə alınmışdır. Gələn ilin aprelindən mərhələli qaydada daha 3 rayonun – Nizami, Yasamal və Nəsimi, sonrakı illərdə isə digər rayonların da mərhələli şəkildə bu layihəyə cəlb olunması nəzərdə tutultur.

Bildirildi ki, bu gün ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edir və bizim layihə onun tərkib hissəsidir. Nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi Bakı şəhərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdıracaq, ətraf mühitə böyük müsbət təsir göstərərək həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcəkdir.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.