YANĞIN NƏTİCƏSİNDƏ ZƏRƏR ÇƏKƏN OLMADI

13-12-2019, 19:22           
YANĞIN NƏTİCƏSİNDƏ ZƏRƏR ÇƏKƏN OLMADI
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.az-a verilən məlumata görə, dekabrın 13-də günorta saatlarına Quba Rayon Polis Şöbəsinə rayonun Tülər kənd ərazisində yerləşən ümumtəhsil orta məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub.
Baş verən yanğın hadisəsinə Quba Rayon Polis Şöbəsinin və FHN-nin əməkdaşları operativ reaksiya verərək, alovun qarşısının alınması üçün zəruri tədbirləri həyata keçiriblər. Polis əməkdaşları yanğının baş verdiyi ərazidə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, şagirdlərin, eləcə də məktəb avadanlıqlarının binadan çıxarılmasında böyük köməklik göstəriblər.
Hadisə nəticəsində məktəbə qismən ziyan dəysə də, xəsarət alan olmayıb.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru