“Nar”dan abunəçiləri üçün xüsusi müsabiqə!
11-02-2020, 17:42
Teref.az-Hər zaman abunəçilərini düşünərək maraqlı kampaniyalar keçirən “Nar”, 14 fevral –Sevgililər Günü münasibətilə növbəti müsabiqəsinə start verib. Mobil operator “Facebook” və “Instagram” hesablarında sosial şəbəkə iştifadəçilərinə sevgisini özünəməxsus şəkildə ifadə etməyə şərait yaradır. Belə ki, “Nar” istifadəçilərinə “Sevgi daim öz istifadəçilərini sevindirməkdir” postunun şərh bölməsində sevgini mətn, şəkil və ya video formatında kreativ ifadə etmə imkanı verilir. Seçilmiş ən kreativ 2 nəfər14 fevral tarixində sevdiyi şəxslə birlikdəşəhər restoranlarından birində şam yeməyindən zövq ala biləcəklər.
Qeyd edək ki, müsabiqə 13 fevral, saat 12:00-dək davam edəcək və iştirakçılar arasında ən maraqlı şərhlər “Nar” əməkdaşları tərəfindən seçiləcək. Qaliblər, seçilmiş istifadəçilər arasından təsadüfi seçim üsulu ilə müəyyən ediləcək.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla)əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.