Vətəndaşın polisə təşəkkürü..FOTO

13-04-2020, 11:05           
Vətəndaşın polisə təşəkkürü..FOTO
Bu yazını Quba rayon sakini ünvanlayıb.
Teref.az - Mən Quba rayonu sakini olan yaşlı bir insanam. Bu məktubum isə Azərbaycan polisinin fədakar xidməti ilə bağlıdır.
Bildiyimiz kimi hal-hazırda bütün dünyada olduğu kimi dövlətimizdə də Covid19 pandemiyası ilə əlaqədar təxirə salınmaz tədbirlər həyata keçirilir. Bu “müharibədə” əsas güc isə əziz həkimlərimizin və gecə-gündüz xidmət aparan polislərimizin çiyinlərinə düşür. Bütün bölgələrdə polis əməkdaşları var gücləri ilə çalışır, bizlərin sağlamlığımız üçün bütün tədbirləri görürlər. Bu gün gördüyüm mənzərə isə tamam fərqli idi və məni çox qürurlandırdı. Mən ərzaq almaq üçün icazə ilə marketə gedirdim. Bu zaman prospektin yuxarı hissəsindən bir polis əməkdaşının köməksiz vəziyyətdə olan rayonun sakinini əlil arabası ilə evinə qədər apardığını gördüm. Onunla səmimi söhbət edir, bu çətin günlərdə onun kədəri unutmasını istəyirdi. Bəlkə də kim olduğunu ümumiyyətlə bilmir, amma o polis əsl fədakarlıq göstərirdi. Həqiqətən onun bu hərəkəti mənə çox təsir etdi və bir daha polisimlə fəxr etdiyimə görə yanılmadığımı hiss etdim. Rayon sakinlərində isə həmin polisin adının Bəhruz olduğunu öyrəndim. Çox sağ olsun, var olsun. Mən sizin vasitənizlə bir daha Azərbaycan polisinə bizim sağlamlığımız üçün etdiklərinə görə öz təşəkkürümü bildirirəm.
Rayon sakini tərəfindən göndərilən məktubdaki polis əməkdaşı Quba RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Bəhruz Hacıyevdir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru