Mingəçevirli gənclərdən təqdirə layiq addım - VİDEO
14-04-2020, 10:31
Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək olmaq məqsədilə Mingəçevir şəhərindən olan bir qurup gənclər sosial aksiya keçirib.
Aksiya çərçivəsində müxtəlif sahələrdə çalışan gənclər əvvəlcədən qeyd olunan həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.
Göstərilən diqqət və qayğıya görə ölkə gənclərə öz minnətdarlıqlarını bildirən vətəndaşlar bu dövrdə hər kəsi evdə qalmağa, dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.
Onuda qeyd edək ki, aksiya Mingəçevir şəhər sakini Şahin Eyvazovun təşəbbüsü ilə Mingəçevir şəhərindən olan bir qurup gənclər tərəfindən həyata keçirilib.
Aksiyadan olan video görüntünü təqdim edirik: