Balakəndə həmkəndlisinin evindən oğurluq edən şəxslər saxlanılıb

15-04-2020, 10:58           
Balakəndə həmkəndlisinin evindən oğurluq edən şəxslər saxlanılıb
Balakən Rayon Polis Şöbəsinə rayonun Katex kəndində yerləşən evlərin birindən 1200 manat dəyərində televizorun və digər məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan TEREF.AZ-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxslərin Balakən rayonunun Katex kənd sakinləri 27 yaşlı Nadir Nürəddinov və 28 yaşlı Əhməd Süleymanov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıblar və törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.