Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir
16-04-2020, 12:29
Teref.az - Nəsimi rayonu ərazisində koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması ilə bağlı qabaqlayıcı profilaktik tədbir olaraq rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfekasiya olunması işləri davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Nəsimi rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür.
Tətbiq edilən karantin rejimi ilə əlaqədar RİH-tərəfindən rayon ərazisində yaşayan 65 yaşdan yuxarı tənha sakinlərin, aztəminatlı və sosial qayğıya ehtiyacı olan ailələrin siyahısı dəqiqləşdirilmiş, RİH əməkdaşları tərəfindən onlarla əlaqə saxlanılaraq problemləri və ehtiyacları öyrənilmişdir. Həmin kateqoriyadan olan daha 500 ailəyə RİH tərəfindən müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılmış, həmçinin onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib. Həmin ailələr mütəmadi olaraq RİH əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.
Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar bu dövrdə hər kəsi evdə qalmağa, dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.