Qusarda polis əməkdaşları 70 ailəyə ərzaq yardımı etdilər

17-04-2020, 11:13           
Qusarda polis əməkdaşları 70 ailəyə ərzaq yardımı etdilər
Qusar Rayon Polis Şöbəsi tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilmiş xüsusi karantin rejiminin qaydalarının təmin olunmasına nəzarət etməklə yanaşı vaxtaşırı olaraq evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrə mütəmadi olaraq yardım tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.az-a verilən məlumata görə, polis əməkdaşları rayonun müxtəlif ərazilərində yaşayan ümumilikdə 70 ailəyə baş çəkib, müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara öz evlərində təqdim ediblər. Rayon sakinləri Azərbaycan polisinin onlara göstərdikləri diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Bundan əlavə şöbə əməkdaşları həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər apararaq, vətəndaşların sağlamlıqlarının təmin edilməsi istiqamətində ölkədə həyata keçirilən zəruri tədbirlərdən danışıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru