Velosipedlə yürüşə çıxıb karantin rejimi qaydalarını pozdular

17-04-2020, 11:19           
Velosipedlə yürüşə çıxıb karantin rejimi qaydalarını pozdular
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparılan zaman bir qrup gəncin şəhərdən Ləki kəndi istiqamətində velosipedlə yürüşə çıxdıqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin 17 nəfər saxlanılıb və yoxlanılan zaman heç bir icazələrinin olmadığı məlum olub. Onlar Polis Şöbəsinə dəvət edilib və barələrində qanunauyğun müvafiq tədbirlər görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru