İqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai xadim Aqil Acalov Motivatorda - "Uğur yoluna 50 AZN əmək haqqı ilə"

17-04-2020, 21:23           
İqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai xadim Aqil Acalov Motivatorda - "Uğur yoluna 50 AZN əmək haqqı ilə"
"Motivator"layihəsi Azərbaycanda hər sahədə olan uğur qazanmış şəsxlərin iş prinsipi və uğur hekayəsini işıqlandırmaqdadır.

Layihənin bu dəfəki qonağı iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai xadim, Azərbaycan Braziliya Ciu-Citsu İB və Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalovdur. Dövlət qulluğu və idman kimi fərqli istiqamətlərdə şaxələnən fəaliyyəti barədə danışan qonağımızla şəxsi inkişaf üçün insanın özünə müəyyən etdiyi meyarlar və onun uğura gedən beş addımı haqqında fikir mübadiləsi apardıq. İnsanın əsas mənəvi dəyərlərindən birini tarixinə və soy kökünə bağlılıqda görən Aqil Acalov eyni zamanda müasir dünyada müasir Azərbaycan gəncliyi və qloballaşan dünyəvi məsələlərə yanaşma barəsində fikirlərini bizimlə bölüşmüşdür.

Çox maraqlı sujet xətti olan verilişə siz Motivator Azerbaijan youtube kanalında baxa bilərsiniz!

Adından da məlum olduğu kimi "Motivator"layihəsi - insanları hər zaman məqsədlərinə çatmağa yönləndirir və heç vaxt geri çəkilməməyə səsləyir.Əsas məqsəd Azərbaycanda biznesin inkişafı,”startup” layihələrə dəstək,gələcəkdə böyük kütlələr üçün motivasiya və planlama təlimləri keçmək həmçinin forumlar təşkil etməkdir.
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru