Hacıqabulda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

1-05-2020, 17:54           
 Hacıqabulda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teref.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Atbulaq kənd sakini Nuran Baxşaliyev saxlanılıb. N. Baxşaliyevə məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman, həmin ərazidə aqrotexniki qaydada qulluq edilmiş 30 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru