QAN VER, YAŞAT!

10-05-2020, 13:37           
QAN VER, YAŞAT!
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçiriblər.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya instititunun əməkdaşlarının iştirakı ilə Mərkəzi Qan Bankının Quba bölməsində gerçəkləşən humanist aksiyada Xaçmaz Rayon Polis Şöbəsinin şəxsi heyəti fəal iştirak edib. Polis əməkdaşları tibbi müayinədən keçdikdən sonra qan vermək üçün masalara yaxınlaşıblar. Onlar bu aksiyada iştirak etməyi özlərinə vətəndaşlıq borcu, xəstə soydaşlarımızla həmrəylik nümunəsi olduğunu bildiriblər.
Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru