Qazaxda intihar etmək istəyən şəxsin həyatını polis xilas etdi

13-05-2020, 13:17           
Qazaxda intihar etmək istəyən şəxsin həyatını polis xilas etdi
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teref.az-a verilən məlumata görə, mayın 12-də saat 23 radələrində 22 yaşlı Ağstafa rayon Dağkəsəmən kənd sakini Adil Allahverdiyev Ağstafa çayının Qazax rayon ərazisindən keçən hissəsinin üzərində olan körpüdən özünü ataraq intihar etmək istəyib. Dərhal hadisə yerinə Qazax RPŞ-nin əməkdaşları gələrək onunla profilaktiki söhbətlər aparıb. Buna baxmayaraq A. Allahverdiyev özünü atmaq istəsə də, polis əməkdaşlarının çevikliyi və operativ reaksiyası nəticəsində gəncin həyatını xilas etmək mümkün olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru