Şəkidə xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib

23-07-2020, 11:13           
Şəkidə xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib
Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhərin Bağbanlar küçəsində yerləşən
çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət
göstərməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə,
polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvana baxış
keçirilib. Obyekti işlədən Vüqar Bəkirovun karantin qaydalarını pozaraq müştəri
qəbul etdiyi məlum olub.
Xüsusi karantin qaydalarını pozan icarədar və müştərilər barəsində İnzibati
Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.
Çayxananı işlədən V.Bəkirova xəbərdarlıq edilib və sərtləşdirilmiş karantin rejimi
müddətində təkrar qaydaları pozacağı təqdirdə barəsində daha ciddi tədbirlərin
görüləcəyi onun diqqətinə çatdırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.