Göyçayda mal-qara oğruları saxlanılıb

4-08-2020, 11:01           
Göyçayda mal-qara oğruları saxlanılıb
Göyçay Rayon Polis Şöbəsinə rayonun Birinci Ərəbcəbirli kəndində ümumi dəyəri 3 min manat olan 2 baş inəyin oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iribuynuzlu heyvanları oğurlayan şəxslərin zərərçəkmişin həmkəndlisi, əvvəllər məhkum olunmuş Elşən Niyatov və rayonun Mallı-Şıxlı kənd sakini Kənan Şəfizadə olduğu müəyyən edilib.Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırma zamanı saxlanılan şəxslərin həmin heyvanları oğurladıqdan sonra Bərdə rayonunda satdıqları məlum olub.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru