Xaçmazda karantin qaydalarına riayət edilməsinə ciddi nəzarət olunur - FOTO

7-08-2020, 11:29           
Xaçmazda karantin qaydalarına riayət edilməsinə ciddi nəzarət olunur - FOTO
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə, eləcə də rayon ərazisində yerləşən çimərliklərdə Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunmasına ciddi nəzarət edirlər.

Şöbə əməkdaşları tərəfindən mütəmadi olaraq çimərliklərdə reydlər keçirilir, istirahətə gələn vətəndaşlara izahedici söhbətlər aparılır, onlara sosial məsafənin saxlanılmasının vacibliyi bildirilir.

Həmçinim polis əməkdaşları tərəfindən rayon ərazisində, eləcə də qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reydlər keçirilib. Reyd zamanı bir neçə sakinin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Bundan əlavə DYP bölməsinin əməkdaşları rayon ərazisində sərnişindaşıma ilə məşğul olan taksi sürücüləri ilə də profilaktiki söhbətlər apararaq, onlara nəqliyyat vasitələrində şəffaf arakəsmədən istifadə etmələrini, sərnişinləri isə arxa oturacaqlarda əyləsdirməyi bildiriblər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru