Sərt karantin elan edilən rayonlardan Qəbələyə istirahətə gələnlər cərimələnib

10-08-2020, 15:33           
Sərt karantin elan edilən rayonlardan Qəbələyə istirahətə gələnlər cərimələnib
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə
həftəsonu Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan edilən digər
şəhər və rayonlardan qaydaları pozaraq, istirahət məqsədilə rayona gələn şəxslər
müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə,
polis əməkdaşları tərəfindən rayon ərazisində yerləşən otellərdə, gündəlik kirayə
evlərdə keçirilən reydlər zamanı sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və
rayonlardan qaydaları pozaraq gələn şəxslərin həmin yerlərdə istirahət etdiyi
məlum olub. Onlar məsuliyyətdən yaxa qurtarmaq üçün müxtəlif bəhanələr
gətirsələr də, xüsusi karantin rejiminin tələbləri onların diqqətinə çatdırılıb və
qaydaları pozduqları izah olunub. Həmçinin, nəqliyyat vasitələri də yoxlanış
məqsədilə saxlanılıb. Bəzi sürücü və sərnişinlərin də qaydaları pozaraq, istirahət
məqsədilə rayona gəldiyi məlum olub.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə
protokol tərtib edilərək, onlar cərimələniblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.