Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib - FOTO

10-08-2020, 17:09           
Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib - FOTO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən antisanitar vəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, şəhərin “bazar” adlanan ərazisində keçirilən reyd zamanı xüsusilə də səkilərdə piyadaların hərəkətini çətinləşdirən, pərakəndə ticarətlə məşğul olan satıcılara rast gəlinib. Həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb, yoluxucu virusun geniş vüsət aldığı bir zamanda qida məhsullarının antisanitar şəraitdə ticarətinin aparılmasının düzgün olmadı onlara izah edilib. Qanunsuz küçə ticarəti ilə məşğul olanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru