Salyan rayonunda sanitar-karantin qaydalarını pozan 12 nəfər cərimə edilib - FOTO

12-08-2020, 14:27           
Salyan rayonunda sanitar-karantin qaydalarını pozan 12 nəfər cərimə edilib - FOTO
Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə bu gün Salyan Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərdə, marketlərdə və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib. Bu barədə Teref.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda deyilir.

Polislər tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminə əməl olunması üçün qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət və əhaliyə məişət xidmətləri göstərən obyektlərdə, küçə və prospektlərdə profilaktik söhbətlər aparılıb. Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub. Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər. Salyan rayonu ərazisində nəzarət-profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiləcək.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.