Siyəzəndə karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələniblər

13-08-2020, 16:42           
Siyəzəndə karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələniblər
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Covid-19 pandemiyası ilə əlaqədar Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayon sakini Məzahir Mustafayevin karantin rejiminin qaydalarını pozaraq öz evinin həyətində vəfat etmiş atası üçün yas mərasimi keçirdiyini aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən mərasim dərhal dayandırılıb, ev sahibi M.Mustafayev və mərasimdə iştirak edən 6 nəfər polis şöbəsinə gətiriliblər. Burada onlarla izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.